Azərbaycanın ən gözəl məkanlarından biri olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində 1923-cü il aprelin 28-də anadan olmuş Zərifə xanım Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra gələcək taleyini insanların bilavasitə saglamlıqlarının keşiyində duran tibb elminə həsr etmək məqsədi ilə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və həmin institutda təhsilini 1947-ci ildə uğurla başa çatdırır.
Xalq arasında tez-tez işlənən «gözümün işığı» “işıqlığa çıxasan”, “aydınlıq olsun” kimi və bir çox digər oxşar ifadələr görmə orqanı olan gözün hər bir insan, az qala hər bir canlı üçün nə qədər əvəzedilməz bir dəyəri olmasını əks etdirir, insan xarici mühitdən təxminən 80 % məlumatı məhz gözlə qəbul edir.
Küləklərin tez-tez cövlan etdiyi Bakı şəhərində və respublikanın digər bölgələrində müxtəlif göz xəstəliklərinin əmələ gəlməsinə münbit şərait olduğuna görə, həm də 5 ildən çox davam edən 2-ci Dünya müharibəsinin yaratdığı çoxsaylı ağır nəticələrindən biri kimi traxoma xəstəliyinin geniş yayıldığı bir dövrdə Zərifə xanım Əliyeva həyatını məhz bu çətin problemlərin- göz xəstəliklərinin diaqnostikası və müalicəisinə,onların müalicə metodlarının tapılmasına həsr edir.
Görkəmli alim və oftalmoloq Zərifə xanım Əlieva ölkəmizdə yayılan göz xəstəliklərinin yaranma mexanizmini, dinamikasnın təhlil edərək şin və yod sənayesi fəhlələrinin peşə ilə əlaqədar yaranan xəstəliklərdən -daha çox göz xəstəliklərindən əziyyət çəkdiyini nəzərə almış və bu sahənin tədqiq edilməsinə xüsusi diqqət yetirərək bununla əlaqədar aparılmış çoxsaylı eksperimental və laboratoriya tədqiqatlarının nəticələrini uzun illər ərzində aparılmış klinik müşahidələrlə müqayisəli qiymətləndirməklə çox uğurlu nəticələr əldə etmişdir.
Həmin illərdə şin istehsalı ölkəmizin kimya sənayesində getdikcə daha böyük yer tutsa da, Zərifə xanım Əliyevanın tədqiqatlarına qədər ölkəmizin, eləcə də xarici ölkələrin tibb ədəbiyyatında şin istehsalının insan orqanizminə və görmə orqanlarına zərərli kimyəvi təsiri, eləcə də yodla uzunmüddətli iş prosesində gözlərin zədələnməsinin xüsusiyyətləri kifayət qədər öyrənilməmişdi və bu problemlərin həllini göstərə bilən tibb ədəbiyyatı da lazımi səviyyədə olmamışdır.
Zərifə xanım bu taleyüklü problem üzərində apardığı gərgin iş prosesində çox vaxt Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparmış. bilavasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirmişdir.
Görkəmli alim və oftalmoloq Zərifə xanım Əliyeva uğurlu tədqiqatlarının nəticələrini “Şin sənayesində gözlərin peşə patologiyası” kitabında, “Rezin sənayesi fəhlələrində gözlərin zədələnməsinin profilaktikası” və “Yod sənayesi fəhlələrində gözlərin zədələnməsinin profilaktikası” adlı metodiki göstərişlərdə qeyd etmişdr.
Respublikamızın mətbuat səhifələrində 1982-ci il 27 yanvar tarixində “Azərbaycan aliminə mükafat” başlığı altında yayılan xoş bir xəbər hamını sevindirmişdir. Həmin xəbərdə deyilirdi ki, SSRİ Tibb Elmləri Akademiyası Rəyasət Heyəti 1981-ci ildə ölkəmizin alimlərindən- Azərbaycandan professor Zərifə xanım Əliyevaya mükafat verilmişdir..
Çox sevindirici hal həm də ondan ibarət idi ki, professor Z.Ə.Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına SSRİ-nin bu ali mükafatına layiq görülən ilk qadın alim olmuşdur.
Respublikanını müxtəlif bölgələrində,bilavaitə sənaye müəssisələrində apardığı çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Ə.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini alaraq oftalmologiyanın bu sahəsində ilk ugurlu işlərdən biri kimi qiymətləndirilmişdir. 1977-ci ildə Z.Ə.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmiş və bundan bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilən, 1983-cü ildə isə həmin kafedranın müdiri olan Zərifə xanım Əliyeva, həm də yeni, savadlı gənc kadrların və elmi işçilərin hazırlanmasında da ugurlar əldə etmişdi.
Həmin dövrlərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin geniş yayılmasına baxmayaraq, ona qarşı təsirli müalicə üsulları olmadığına görə hər il yüzlərlə insan görmə qabiliyyətlərinin itirərək dünya işığına həsrət qalırdılar. Məhz belə bir ağır vaxtlarda Zərifə xanım Əliyeva növbəti dəfə əsl həkim və alim fədakarlığı nümayiş etdirərək traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.
Nursuz gözlərə dünyanının ən böyük nemətini- işığı yenidən qaytarmaq üçün daha səmərəli müalicə üsullarına daha tez nail olmaq arzusu ilə ürəyi döyünən Zərifə xanım Əliyeva Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına müvəffəqiyyətlə yiyələndikdən sonra vətənə qayıdır, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.
Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olmaqla bərabər elmi fəaliyyətinin elə ilk mərhələsində Azərbaycanda traxoma infeksion xəstəliyinin kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım traxomanın ağırlaşdığı hallarda ona qarşı daha təsirli vasitələrin tapılması və tətbiqi üsullarının öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr edir. Zərifə xanımın bu sahədə apardığı uğurlu tədqiqatların nəticələri onun 1960-cı ildə müdafiə etdiyi «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Azərbaycanda səmərəli müalicə üsulları olmadıgına görə yüzlərlə insan kor edib dünya işıgına həsrət qoyan çox təhlükəli infeksion xəstəliyin- traxomanın bir xəstəlik kimi qarşısının alınması da məhz görkəmli alim-oftalmoloq Zərifə xanımın adı ilə bağlıdır.
Göstərilənlərdən əlavə, Zərifə xanım Əliyeva oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə-qlaukoma xəstəliyinin öyrənilməsi, qlaukomanın etiologiyası, diaqnostikası və müalicəsi, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi ilə bağlı bir sıra tədqiqatlar aparmış, həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn «Herpetik göz xəstəliyi», «Ağır virus konyiktivləri», bir sıra elmi məqalələr və iki monoqrafiya – «Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası» və «Yaşla bağlı gözün sinir yollarının dəyişməsi» monoqrafiyaları məhz bu məsələlərə həsr olunmuşdur.
Bundan başqa, Zərifə xanım Əliyeva fundamental «Terapevtik oftalmologiya» kitabının müəlliflərindən biri olmaqla bərabər həm də o, «İridodiaqnostikanın əsasları» kimi nadir elmi əsərin müəlliflərindən biridir.
Görkəmli alim,tədqiqatçı və afolmoloq Zərifə xanımın bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Ə.Əliyevanın «Göz sulanmasının fiziologiyası», «Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi» monoqrafiyaları bu sahədə qazınılmş uğurlara həsr edilmiş çox qiymətli vəsait hesab edilir.
Bütün bünlarla yanaşı Zərifə xanım Əliyeva xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələrin müəllififdir.
Görkəmli alim və həkim Zərifə xanım Əliyev 1960-cı ildən 1967-ci ilədək Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, oftalmologiya sahəsində qazandığı böyük üğürlara görə isə 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona «Oftalmologiya» ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Z.Ə.Əliyeva həm də gözün zədələnməsinin profilaktikası və müalicəsi imkanlarını öyrənmişdir. Bir sıra elmi işlərində o, görmə orqanı zədələndikdə mövcud olan cərrahiyə əməliyyatları üsullarını araşdırmış, həmin üsulların təkmilləşdirilməsi üçün bir sıra faydalı tövsiyələr işləyib hazırlamışdır.
Fasiləsiz və intensiv olaraq işləyən görkəmli alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Ə.Əliyevanın «Göz sulanmasının fiziologiyası», «Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi» monoqrafiyaları hazırki vaxta kimi bu sahədə aparılan uğurlu tədqiqatların nəticələrinə həsr edilmiş ən qimətləi elmi işlərə aid edilir
Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. O, «İridodiaqnostikanın əsasları» kimi nadir elmi əsərin müəlliflərindən biridir. Həmin kitab bu gün də həkimlərin iş təcrübəsində əvəzolunmaz elmi vəsait kim istafadə edilir.
Görkəmli alim və oftalmoloq, qəlbi nurla dolu olan və gözlərə nur bəxş edən, gözəl və mehriban ana, qayğıkeş insan Zərifə Əziz qızı Əliyevanın əziz xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaqdır.
Bakı Slavyan Universiteti Cahangirova Səadət Babaxan qızı