
Azərbaycan xalqı dünya mədəniyyətinə, elminə, siyasət aləminə böyük dahilər bəxş etmişdir. Bu faktı danmaq qeyri-mümkündür. Belə şəxsiyyətlərə Nizami Gəncəvini, Bəhmənyarı, Lütvi Zadəni, Şah İsmayıl Xətaini və digərlərini nümunə göstərmək olar.
Azərbaycan xalqının yetirdiyi görkəmli dövlət xadimi, bacarıqlı siyasətçi, kütlələri öz ardınca aparmağı bacaran ulu öndər Heydər Əliyevdir. O, bu keyfiyyətləri ilə yanaşı, həm də gözəl insan, dərin biliyə malik dahi rəhbər, “uşaqla uşaq, böyüklə böyük” olmağı bacaran səmimi və mehriban bir şəxsiyyət idi. Bütün bu mənəvi keyfiyyətlər arasında diqqəti cəlb edən bir cəhət onun vətən pəervərliyi, vətəninə və xalqına hədsiz məhəbbəti və insanpərvərliyi idi.
Məhz vətənə olan sevgisi onu 20 yanvar 1990-ci ildə Bakı qırğınlarına münasibətini bildirməyə məcbur etdi.
Məhz bu sevgi xalqı vətəndaş müharibəsinin qarşısını almağa, Azərbaycanın parçalanmasına mane olmağa təhrik etdi.
Bəli, bu əsl övlad sevgisi, vətən məhəbbəti idi. Yaxşı övlad ananı dar ayaqda tək qoya bilməzdi. Ulu öndər cəbhədə atəşkəsə nail oldu, ac qurd kimi Azərbaycanı parçalamağa hazır olanların arzusunu ürəklərində qoydu. Ölkəni böhrandan çıxartmağa, sənayemizi dirçəltməyə, kənd təsərrüfatının inkişafına təkan verməyə çalışdı, neft müqavilələri imzaladı.
Ulu öndər yaxşı bilirdi ki, heç bir muzdlu əsgər, yabancı bizim torpaqlarımızı işğaldan azad etməyəcək. Ona görə də milli zabitlərimizi, komandirləri yetişdirməyə vacib bilirdi.
Ölkənin sənaye və kənd təsərrüfatını inkişaf etdirməyi bacaran savadlı mütəxəssislər yetişdirmək prioritet məsələ idi. Uzaqgörən Ulu öndər keçən əsrin 70-ci illərindən başlayaraq SSRİ-nin bir çox ali məktəblərinə tələbələr göndərməyə nail oldu.Alim yetişdirmək hələ işin yarısı idi, əsil vətəndaşlar yetişdirilməli idik. İlk növbədə Azərbaycan dilini bilən və onu sevən vətəndaşlar yetişdirmək vacib məsələ idi.
1978-ci ildə SSRİ-nin yeni konstutusiyası qəbul edilərkən, ana dilimizi respublikamızın dövlət dili elan etdi. Ulu öndər sonralar deyirdi ki. Moskvada bu çoxlarının etirazına səbəb oldu. Mənsə onlara öz fikrimdən dönməyəcəyimi söylədim və haqlı olduğumu arqumentlərlə sübüt etdim.
Azərbaycan müstəqillik qazanandan sonra hamının dövlət dilini bilməsi və həmin dildə yazıb danışması qanuniləşdı. “Çünki, vətədaşı olmayandan olmaz ölkə vətəndaşı!”
Ulu öndər uzun illər dövlət qulluqçusu olmasına, rus dilində yazıb oxumasına baxmayaraq öz ana dilini gözəl bilirdi.
Heydər Əliyev gözəl müəllim idi, nümunəvi tərbiyəçi, yaxşı ata idi. Bir ata kimi o övladlarına ilk növbədə ana dilini yaxşı öyrənməyi tövsiyə edirdi. Prezidentimiz İlham Əliyevin gözəl, Azərbaycan dilində aydın, məntiqi ardıcıllıqla emosional şəkildə danışması bunu sübüt edir.
Görüşlərin birində xalq artisti Sara Qədimova ona ad günündə təbrik göndərdiyi üçün və xususilə də qiymətli vaxtını bu təbriki yazmağa sərf etdiyi üçün Ulu öndərə monnətdarlığını bildirdi. Ulu öndər cavab verdi ki, o sözləri mən səmimi qəlbdən yazmışam və əlavə etdi ki, mən imzaladığım yazıları yalnız özüm yazıram.
Bununla da o bir daha sübüt etdi ki, öz dilini bilməyən. bu dili sevməyən adam öz xalqını sevə bilməz, öz Vətəni ilə fəxr etməz,onun tarixinə də biganə qalar.
Mən sözlərimi aşağıdakı misralarla bitirmək istəyir;
Nə qədər ki, Azərbaycan var. Nə qədər ki, xalqımız var, Heydər və onun yetirməsi İlham Əliyev millət deyəcək, xalq isə Heydər söyləyəcək.
Müəllif:
Bakı Slavyan Universiteti
Ped.elm. üzrə fəlsəfə doktoru dos.Ç.H.Məmmədova