
Diaspor Könüllüləri İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Biz Sizinləyik!” adlı layihənin icrasına başlanılıb.
Layihənin əsas məqsədi Vətən müharibəsində fədakarlıq göstərmiş müharibə iştirakçılarının psixoloji vəziyyətinin yaxşılaşdırılması və onların cəmiyyətə davamlı inteqrasiyasını təşviq etməkdir.
Loqos Psixoloji və Nitq İnkişafı Mərkəzinin tərəfdaş olduğu layihə çərçivəsində Gəncə şəhərində 2020-ci il Vətən müharibəsində iştirak edən və müharibə nəticəsində travmalar alan qazilərlə görüş təşkil edilib.
Görüş zamanı qazilərlə qrup və fərdi seanslar təşkil olunub, onlarla sorğular edilib, problemləri dinlənilib və müvafiq tövsiyələr edilib.

