
Beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın regionun lider dövləti kimi bu ərazidə baş verən istənilən məsələ ilə əlaqədar maraqları nəzərə alınır. Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək işğala son qoydu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe Vətən müharibəsində öz sözünü demiş oldu. Müharibədən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmış oldu. Əlbəttə ki, dövlət başçısı bütün çıxışlarında, müsahibələrində ölkəmizin haqq mövqeyini sərgiləyir və sülhsevər siyasəti dünya ictimaiyyətinə mesaj olaraq çatdırılır. Tarixi ədalət bərpa edilib. Müharibədən sonra təkcə Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənir.
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanin yenidən ağır məğlubiyyətə düçar olması Azərbaycan diplomatiyasının növbəti uğurudur. İclasda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaqla öz həllini tapmalı, eləcə də Qarabağa humanitar yüklərin Ağdam – Xankəndi yolu ilə daşınmasının mümkünlüyü vurğulanıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaqla öz həllini tapmalı, eləcə də Qarabağa humanitar yüklərin Ağdam – Xankəndi yolu ilə daşınmasının mümkünlüyü diqqətə cəkilib. İclasda “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yol olduğu bildirilib. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu olduğu kimi qalır.
Bütün bu və ya digər reallıqların diqqətə catdırılması Azərbaycanin ədalətli mövqeyini bir daha nümayiş etdirmiş oldu. Ermənistanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” kimi əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti ilə bağlı keçirilən müzakirələr daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın artan nüfuzunun, möhkəmlənən mövqeyinin bir daha təqdimatı oldu. İclasda diqqətə cəkilib ki, Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalı, daxili işlərimizə qarışmaqdan çəkinməli və münaqişədən sonrakı normallaşma danışıqlarına səmimi şəkildə qoşulmalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir. Azərbaycan növbəti dəfə maraq və mənafelərini qətiyyətlə təmin edərək, ədalətli mövqe sərgilədi.
Əvəz Qocayev,
YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini