Dövlətimizin xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və müxtəlif prioritetlər üzrə inkişaf etdirilməsi dövlətlərarası münasibələrin inkişafinda mühüm rol oynayır. Azərbaycan müstəqillik əldə etdiyi dövrdən etibarən, bütün ölkələrlə qarşılıqlı tərəfdaşlıq çərçivəsində qurduğu münasibətlər böyük etimada əsaslanir. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqlarını qorumaq şərti ilə beynəlxalq aləmdə xarici ölkələrlə münasibətlərin inkişafı istiqamətində xoşməramlı niyyətinin təzahürüdür. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Azərbaycan dövləti reallıq prizmasından çıxış edərək, dünya dövlətləri ilə səmərəli əməkdaşlığın davamlılığına önəm verir. Tiicarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Qarşılıqlı səfərlər, bu səfərlər çəçivəsində aparılan müzakirələr, imzalanan sənədlər gələcək inkişaf baxımından diqqətçəkəndir. Bu günlərdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır. Dövlət başçılarının bəyanatları, imzalanmış sənədlərin əhatəsi bu səfərin tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir.
Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrləri əhatə edir. Tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olan Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur. Dövlət müstəqilliklərini əldə etdikdən sonra iki dövlət arasında tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Azərbaycan və Özbəkistanı çoxəsirlik qardaşlıq münasibətləri birləşdirir. Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olmuşdur. Azərbaycan – Özbəkistan arasinda müxtəlif sahələri əhatə ədən sənədlər imzalanıb. Belə ki, dövlət başcıları arasında “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzalanıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, “İimzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.
Daha sonra “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol”nun, “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol”nun, “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”nun, “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”in, eləcə də “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni imzalanmasi əlaqələrin inkişafinda mühüm rol oynayacaqdı. Səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti bəyanatla çıxışında “münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir. Düşünürəm ki, bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən qarşıdakı iki-üç ildə gözləntilərimizlə bağlı məruzə olunan məsələlər ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmağımızı göstərir … Enerji sahəsində yaxşı perspektivlər var. Bizim enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir. Biz nəqliyyat-logistika sahəsində yük axınının artmasını, ən əsası isə bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik. Bu gün biz bütün istiqamətlər üzrə uğurlu qarşılıqlı fəaliyyəti uzun illər üçün öncədən müəyyənləşdirəcək məsələləri müzakirə etdik” – deyə bildirib. Göründüyü kimi, dövlətlərarası münasibətlərdə imzalanan sənədlər, bəyanatlar mühüm rol oynayacaqdır.
Əvəz Qocayev,
YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini