18-dən çox əməliyyat göstəricisi mükafatlandırma strategiyasının daha da inkişafı sayəsində mümkün olan rekord həddə çatdı.
Əşyaların İnterneti (“IoT”) platforması ilə birləşdirilən və əsasını smartfonlar və ağıllı avadanlıqlar təşkil edən məişət elektronikası və ağıllı cihaz istehsalı üzrə ixtisaslaşmış Xiaomi şirkəti, 30 iyun 2023-cü il tarixində (“2023-cü ilin 2-ci rübü”) başa çatan üç ay üçün yoxlanılmamış konsolidasiya edilmiş nəticələri açıqladı (“2023-cü ilin ikinci rübü” və ya “dövr”). İki rüb əvvəl “miqyas və gəlirliliyə ikiqat diqqət” əsas korporativ strategiyasını həyata keçirəndən sonra Xiaomi mənfəət və biznesdə əhəmiyyətli artıma nail olub, bir çox əməliyyat göstəriciləri tarixi maksimuma çatıb. 2023-cü ilin ikinci rübündə Xiaomi-nin ümumi gəliri əvvəlki rüblə müqayisədə 13,2% artaraq 67,4 milyard yuana çatıb. Düzəliş edilmiş xalis gəlir illik müqayisədə 147,0% artaraq 5,1 milyard yuana çatıb. Bu, 2021-ci ilin 4-cü rübündən bəri bazar konsensusundan xeyli yuxarı olan ən yüksək rüblük qazancdır. 2023-cü ilin birinci yarısında Xiaomi-nin düzəliş edilmiş xalis mənfəəti 8,4 milyard yuana çataraq, keçən ilki düzəliş edilmiş xalis mənfəət səviyyəsinə yaxın olub.
Hesabat dövründə Xiaomi şirkəti əsas korporativ strategiyasını həyata keçirməyə davam etdi və ardıcıl olaraq smartfonun premiumlaşdırılması strategiyasını inkişaf etdirdi. Qrupun ümumi mənfəət rentabelliyi bütün zamanların ən yüksək səviyyəsinə çataraq 21,0% təşkil edib ki, bu da smartfonlar, IoT və həyat tərzi məhsulları və internet xidmətləri də daxil olmaqla hər üç biznes seqmentində ümumi mənfəət göstəricilərinin yaxşılaşdırılmasını əks etdirir. Bundan əlavə, Xiaomi şirkəti daxili səmərəliliyi və ümumi istehsal gücünü aktiv şəkildə yaxşılaşdırır. O, həmçinin xərclərin azaldılmasına, səmərəliliyin artırılmasına və inventar idarəetmə tədbirlərinin daha da təkmilləşdirilməsinə davam etmişdir ki, bu da Qrupun uzunmüddətli və davamlı inkişafını daha da gücləndirmişdir. Rüb ərzində Qrupun ümumi xərcləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% azalaraq 10,2 milyard yuan təşkil edib. Məhsul və materialın ümumi həcmi 38,5 milyard yuan təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% azalaraq son on rübün ən aşağı səviyyəsinə çatıb. Qrupun pul vəsaitlərinin məcmu həcmi yeni rekord həddə çataraq 113,2 milyard yuanı keçib. Pul vəsaitlərinin bolluğu bir daha Xiaomi-nin gələcək inkişafının təməlini gücləndirərək sağlam və səmərəli əməliyyat modelinə malik olduğunu təsdiqləyir.
Canalys-in məlumatına görə, 2023-cü ilin ikinci rübündə smartfon tədarükünün həcminə görə Xiaomi dünyanın 51 ölkə və regionunda ilk üçlüyə, 61 ölkə və regionda isə ilk beşliyə daxil olub. Şirkət Avropa və Yaxın Şərqdə smartfon tədarükü üzrə 2-ci yeri tutaraq, xarici bazarda lider mövqeyini daha da möhkəmləndirib.
Xiaomi premium smartfon seqmentində qabaqcıl texnologiyalar sahəsində rəqabət qabiliyyətini artırmağa davam edir. Avqust ayında Xiaomi materik Çində Xiaomi MIX Fold 3 smartfonunu təqdim etdi. Satışa çıxdıqdan sonra ilk beş dəqiqə ərzində Xiaomi MIX Fold 3 əvvəlki nəsildən 2,25 dəfə çox satılaraq şirkətin qatlana bilən smartfonları üzrə yeni rekorda imza atıb. Üçüncü tərəfin məlumatlarına görə, 2023-cü ilin ikinci rübündə Çində 4000-6000 RMB qiymət seqmentində Xiaomi smartfonlarının satış payı illik müqayisədə 6,2 faiz bəndi artaraq 12,7% təşkil edib. Üstəlik, Qrupun materik Çində ümumi satışlarında 3000 yuan və ya daha çox qiymətə satılan Xiaomi smartfonlarının payı dörd rüb ardıcıl olaraq illik artım nümayiş etdirərək tarixi maksimuma çatdı. 2023-cü ilin ikinci rübündə materik Çində Xiaomi smartfonlarının orta satış qiyməti (“ASP”) ötən ilin müvafiq dövrü ilə müqayisədə 24%-dən çox artıb.
IoT seqmenti böyüməyə davam etdi, “ağıllı” böyük məişət texnikasının satışından əldə edilən gəlir 70%-dən çox artdı
Bazar tələbinin artırılmasına və istehlakın stimullaşdırılmasına yönəlmiş təşviqat tədbirlərinin tətbiqi sayəsində Xiaomi-nin IoT və həyat üçün məhsullarından əldə etdiyi gəlir keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,3% artaraq 22,3 milyard yuan oldu və ümumi məcmu gəlirin rentabelliyi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz bəndi artaraq 17,6%-ə çatıb ki, bu da yeni rekor göstəricidir.
Xiaomi müxtəlif istifadəçi ssenarilərində əlaqələri gücləndirməyə davam etdi. 30 iyun 2023-cü il tarixinə Qrupun AIoT platformasındakı IoT cihazlarının (smartfonlar, planşetlər və noutbuklar istisna olmaqla) sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 24,2% artaraq 654,5 milyona çatıb. Qrupun AIoT platformasına qoşulmuş beş və ya daha çox cihazı (smartfonlar, planşetlər və noutbuklar istisna olmaqla) olan istifadəçilərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,8% artaraq 13,0 milyon nəfərə çatıb. 2023-cü ilin iyun ayında Mi Home tətbiqinin aylıq aktiv istifadəçilərinin (MAU) sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artaraq 82,9 milyon nəfərə çatıb.
Dövr ərzində “ağıllı” iri məişət texnikasının (kondisionerlər, soyuducular və paltaryuyan maşınlar daxil olmaqla) satışından əldə olunan gəlir əvvəlki illə müqayisədə 70%-dən çox artıb. O cümlədən Xiaomi kondisionerlərinin tədarükü əvvəlki illə müqayisədə 90%-dən çox artıb. Qrupun hər iki bölməsi – soyuducu və paltaryuyan maşınlar istehsalı bazarı üstələyib. Soyuducuların tədarük həcmi 500 min ədədi, paltaryuyan maşınların isə 300 min ədədi ötüb. All View Cloud-a (“AVC”) görə, 2023-cü ilin birinci yarısında Xiaomi televizorlarının tədarükü materik Çində birinci yeri tutacaq.
İnternet ekosistemi inkişaf etməyə davam etdi, müxtəlif əməliyyat göstəriciləri isə rekord yüksək səviyyəyə çatdı
Xiaomi-nin qlobal internet istifadəçi bazası genişlənməkdə davam edir. 2023-cü ilin iyun ayına olan məlumata görə, dünya üzrə və materik Çində MIUI istifadəçilərinin sayı il ərzində 10,8% və 6,5% artaraq müvafiq olaraq 606,0 milyon və 149,3 milyon nəfərə çatıb. 2023-cü ilin ikinci rübündə Xiaomi-nin internet xidmətlərindən əldə etdiyi gəlir keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artaraq 7,4 milyard yuan təşkil edib ki, bu da rüb üzrə rekord göstəricidir, internet xidmətlərinin ümumi rentabelliyi isə 74,1%-ə çatıb.
2023-cü ilin ikinci rübündə Xiaomi-nin reklam gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,0% artaraq 5,1 milyard yuana çatıb ki, bu da rekord göstəricidir. Yerli və xaricdə, eləcə də brendlərin reklam gəlirləri də yeni rüblük maksimumlara çatdı. Xiaomi-nin oyun reklamından əldə etdiyi gəlir 7,5% artaraq 1,0 milyard yuana çatdı və artıq ardıcıl səkkizinci rübdür ki, əvəlki illə müqayisədə artım nümayiş etdirir.
Xaricdə internet xidmətlərinə gəldikdə, Xiaomi bütün dünyada tərəfdaşlıq imkanlarına açıq və müsbət yanaşmanı davam etdirir. 2023-cü ilin ikinci rübündə Xiaomi-nin xaricdə internet xidmətlərindən əldə etdiyi gəlir keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq yeni rekor göstəriciyə – 2,0 milyard yuana çatıb. Bu, internet xidmətlərinin ümumi gəlirinin 26,8%-ni təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz bəndi çoxdur.