
Dünyada bir sıra uğurlu birlik nümunəsi olsa da, gücünü tarixindən alan və eyni soykökə sahib dövlətlərin səmərəli əməkdaşlığına rast gəlmək olduqca çətindir. Məhz bu çərçivədə Türk Dövlətləri Təşkilatı yeni dünya nizamında aparıcı mövqeyə sahibdir. Bu təşkilatın üzvlərinin sayı 2009-cu ildə təşkilatın cəmi dörd iştirakçısı olsa da, 2021-ci ildə iştirakçıların sayı yeddiyə çatıb. Türk Dövlətləri Təşkilatı iştirakçı ölkələrin müstəqilliyinə və suverenliyinə heç bir maneə yaratmır. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Son iki il ərzində cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.
Azərbaycan ilə Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə bəyannamələrin, Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması, o cümlədən Azərbaycanın Qazaxıstanla, Türkiyənin Özbəkistan və Qırğızıstan ilə imzaladıqları ikitərəfli sazişlər olduqca böyük əhəmiyyət kəsb edir. İkitərəfli tərəfdaşlıq çoxtərəfli əməkdaşlığa yol açır, öz növbəsində strateji layihələrin reallaşdırılmasına münasib zəmin formalaşdırır.
Regionda geosiyasi reallıqlar, super güclərin öz maraqları uğrunda mübarizə apardığı bir dövrdə türk dövlətlərinin daha intensiv əməkdaşlığına zəmin yaradır. Həmçinin müasir dövrdə dövlətlər arasında ittifaqlaşma prosesinin güclənməsi türk dövlətlərini eyni çətir altında birləşdirir. Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı türkdilli dövlətlərin öz aralarında, həm siyasi-iqtisadi, həm də hərbi sferada əməkdaşlığın koordinasiyalı şəkildə möhkəmlənməsinə, təhlükəsizlik platformasının genişlənməsinə rəvac verən addımların atılacağının işarəsidir. Bu format regional təhlükəsizliyin yeni strukturunun yaradılması baxımından çox vacibdir.
Cənub-Qərbi Asiya ölkələrini əhatə edən təşkilatın gələcək perspektivdə uğurları daha da artacaqdır. Türk dövlətlərinin ümumi daxili məhsulu 1,2-1,3 trilyon dollar həcmində qiymətləndirilir. Ölkələrin ümumi ərazisi təqribən 4 milyon kvadratkilometrdən, əhalisi isə 250 milyon nəfərdən artıqdır. Bununla yanaşı, ötən ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil etmişdir. 2023-cü ilin yanvar-iyul aylarında isə ölkəmizin türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666 milyon dollar olub. Qeyd etmək lazımdır ki, TDT-nin qlobal əhəmiyyəti hər keçən gün daha da artır. Müşahidəçi qismində Macarıstanın iştirakı bunu deməyə əsas verir ki, beynəlxalq miqyasda təşkilatın gələcəyi olduqca parlaqdır. Bu formatın inkişafı Avrasiya qitəsinin düz mərkəzində geniş coğrafiyada proseslərin inkişafı və ya proqnozlaşdırılması baxımından çox əhəmiyyətlidir. Onu da qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır. Bu da inkişafın bariz nümunəsidir.
Türklər tarixən dünyada nizam və ədalət nümunəsi olublar. Bu gün güc-lənməkdə olan Türk dünyası üçün bu amil son dərəcə vacibdir. Türk Dövlətləri Təşkilatı da möv¬cud istiqamətdə strukturlaşmış siyasət yürütməkdədir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda dün¬yanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur, müharibələr, qanlı münaqişələr alov¬lanır. “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsiz¬liyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükə¬sizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artma¬lıdır.
Türk Dövlətləri Təşkilatının ötən 10 ildəki fəaliyyə¬tinin xronologiyasının təsviri nöqte¬yi-nəzərindən mühüm istiqamətlərlə zəngin olduğunu aydın şəkildə görə bilərik. Həmin istiqamətlərin hər bi¬rində ölkəmizin imzasının olması hər kəsə yaxşı məlumdur. Azərbaycan qu¬rumun müxtəlif səviyyəli toplantılarını gerçəkləşdirib, onun stukturlarının for¬malaşmasına təşkilati və texniki dəstək göstərib ki, bütün bunlar üzv dövlətlərin cəmiyyətlərinin bir-birinə sıx şəkildə in¬teqrasiyasında həlledici missiyadır.
Bakı Slavyan Universiteti, baş müəllim Quliyeva Şəbnəm