
Ötən əsrin 90 – ci illəri dövlətimiz üçün olduqca ağır bir dövr idi. Səriştəsiz hakimiyyətin dağıdıcı fəaliyyəti nəticəsində ölkədə vətəndaş müharibəsinin təhlükəsi, gənc respulikanın yenicə bərpa edilmiş müstəqilliyinin itirilməsi təhlükəsi, dövlətin parçalanması kimi təhdidlər həmin dövr üçün acı reallıq təşkil edirdi. Hərc-mərclik tendensiyalarının dominantlığı, ölkə rəhbərliyin gücsüzlüyü, bigənəliyi və məsuliyyətsizliyi əzəli torpaqlarımızın itirilməsinə gətirib çıxarmışdı. Respublikada dərin böhran hökm sürürdü və bu vəziyyətin davam etməsi Azərbaycan dövlətinin məhv olması ilə nəticələnə bilərdi.
Belə bir şəraitdə, doğma Vətəninə ürəyi yanan, doğma xalqının taleyinə biganə qalmayan bir qrup ziyalılar dövlətin gələcək taleyinə təsir edən bir qərar qəbul edərək, xalıqın sınanmış Liderinə – dahi Heydər Əliyevə müraciət ünvanlamışdılar. Tarixə “91-lər” kimi düşən ziyalılar, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləmişdilər, partiyanın yaradılmasında dəstək istəyərək, məhz onun bu təşkilata rəhbərlik edən yeganə mütləq lider kimi görürdülər. Otuz bir illik zaman ölçüsündə ziyalıların məsuliyyətli addımının əhəmiyyəti daha aydın görsənir. Məhz Heydər Əliyevin nadir dühası hesabına respublikada baş verən dağıdıcı proseslərin qarşısını almaq və ölkəni kritik vəziyyətdən qurtarmaq mümkün idi.
Dahi Liderimizin ziyalıların müraciətinə cavabında, ona mənsub olan praqmatiklik ilə respublikada acınacaqlı vəziyyəti təhlil edərək, Azərbaycan dövlətinin milli – demokratik, hüquqi, müstəqil dövlət kimi mövcüd olmasının əsas vəzifələrini qeyd etmişdir. Bu vəzifələrin ən birincisi Azərbaycanın müharibə vəziyyətindən çıxması və Qarabağ probleminin tezliklə həll edilməsi göstərilmişdir; ölkənin sosial–iqtisadi potensialın güclənməsi; kadr islahatlarının aparılması; qanun əliliyinin, insan azadlıqlarının təmin olunması; ölkənin parçalanmasına yönəlmiş meyillərin qarşısının alınması, vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanması kimi vəzifələr yer almışdır. Bu vəzifələr həm Azərbaycanın xilasetmə xəritəsi idi, həm dövlətçilik konsepsiyanın metodologiyası idi. Vəzifələlər partiyanın ideoloji təməllər kimi, təsis olunmuş Yeni Azərbaycan Partiyasının ilk proqramında öz əksini tapmışdır.
“91-lər” – in tarixi müraciəti əsasında 1992-ci il noyabr ayının 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və beş yüz əlli nəfərdən ibarət təşəbbüs qrupunun iştiraki ilə partiyanın təsis konfransı keçirildi. Heydər Əliyev bu təşkilatın sədri seçildi. 1992-ci il noyabr 21 – i Azərbaycanın siyasi sisteminin yaradılması günü kimi hesab edilə bilər, bu tarixdə dövlətimizin siyasi sisteminin əsası qoyulmuşdur. 1992-ci il dekabr ayında Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir, növbəti ilin aprel ayında isə təşkilatın mətbu orqanı olan «Yeni Azərbaycan» qəzetinin ilk nömrəsi işıq üzünü görmüşdü.
Dövrün sosial sifarişi və xalqın tələbi əsasında yaranan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə söykənərək, qısa bir zaman kəsiyində həm say amili, həm də mühüm xidmətlər göstərərək iqtidar qüvvəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə təşkilat 100 minlərlə insanları öz ətrafında birləşdirdi. Partiyanın fəalliyətinin sağlam təməllər əsasında qurulmasının nəticəsidir ki, Yeni Azərbaycan Partiyası illər ərzində iqtidar statusunu qoruyub saxlayır. Partiya respublikanın ictimai – siyasi həyatında yaxından iştirak edir; ölkədəki vəziyyətə, daxili və xarici siyasətin mükəmməlliyinə, əhalinin rifahi durumuna, insanların hüquq və haqlarının, azadlıq və təhlükəsizliyinin təmin olunmasına cavabdehlik edir, Azərbaycan xalqının qarşısında böyük məsulliyyət daşıyır.
Dahimizin təbirincə desək həqiqətən də Partiya dünənin, bu günün, gələcəyin partiyası oldu.
Müzəffər Prezidentimiz İlham Əliyev bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kursuna sadiq olduğu kimi, öz taleyini də Yeni Azərbaycan Partiyası ilə bağlamışdır. Cənab Prezident 2005-ci ildən isə partiyanın sədri seçilərək, dahi lider Heydər Əliyevin siyasətini peşəkərcasına, yüksək səviyyədə davam etdirir.
Ulu Öndərimizin yolu ilə gedən, onun siyasi məktəbinin öncül prinsiplərinə sədaqətlə yanaşan cənab İlham Əliyev bu gün Azərbaycan dövlətinin beynəlxalq aləmdə yeni statusa malik olan dövlət kimi – regionun ən güclü dövləti kimi, Azərbaycan xalqını isə – Qalib xalq kimi dünyaya yenidən tanıtmışdır.
Heydər Əliyevin irsinə sadiqliyi Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolunu şərtləndirmişdir. Partiya otuz bir illik fəaliyyətində qarşısına qoyduğu məqsəd və vəzifələrə böyük məsuliyyətlə yanaşaraq, layiqincə yerinə yetirmişdir. Təşkilatın yeni proqramında əsas istiqamət kimi yer alan Heydər Əliyevin yolu aşağıdakıları ehtiva edir:
- milli maraqların üstünlüyü;
- güclü, müstəqil, hüquqi, demokratik dövlət;
- inkişaf edən şaxələndirlmiş iqtisadiyyat;
- idarəçilikdə və milli ideologiyada varislik;
- azad insan, azad cəmiyyət, xalq – hakimiyyət vəhdəti, inkişaf etmiş vətəndaş cəmiyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm, multikulturalizm, tolerantlıq kimi dəyərlər yer alıb .
Cənab Prezidentimizin Heydər Əliyevin siyasi kursuna sadiqliyi, onun siyasi, diplomatik istedadı, rəşadətli sərkərdəlik keyfiyyətləri, intellektual potensialı onu həm Yeni Azərbaycan Partiyasının Liderinə və dünyada ən güclü Liderlərdən birinə çevirmişdir. Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müasir Azərbaycanın gerçəkliyi nümunəsində mükəmməl siyasi məktəb kimi qəbul edilir. Dahi liderimiz Heydər Əliyevin yolu «Azərbaycanın sarsılmaz təməlidir».
Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun
Bakı Slavyan Universiteti ərazi təşkilatının sədridosent Sevinc L. Axundova