Azərbaycanın bir zamanlar “sağalmaz yarası” olan “Qarabağ yarası” artıq işğal günlərində olduğu kimi qanamır. Bu yaralar artıq sağalmağa doğru gedir. Çünki artıq bizim qələbə adlı məlhəmimiz var. Çünki 30 illik uzun işğaldan sonra Ana Vətənimiz öz övladlarına – işğal olunmuş ərazilərinə, şəhərlərinə, rayon və kəndlərinə qovuşdu. Bu illər ərzində erməni vandalizminin qətliamına məruz qalan yalnız insan faktoru olmamışdır. Eyni zamanda, vəhşi düşmənin törətmiş olduğu ekoloji terror işğal altında qalan ərazilərimizin infrastrukturunu tamamilə bərbad hala salmış, bəzi bölgələri yaşanmaz hala gətirmişdir.
Doğrudur, biz şəhidlərimizin canı-qanı, qazilərimizin yarımcann qalması bahasına qazanılan qələbəmizlə çox böyük fəxarət və sevinc hissi yaşayırıq. Lakin müharibənin gətirdiyi ağır itkilər, verdiyimiz şəhidlərimiz, qazilərimizin itirdikləri əzaları, aldqları yaraları nə qədər ağrıdıcıdırsa, viran qalmış ocaqlarımızın, darmadağın edilmiş yaşayış yerlərimizin acınacaqlı görüntüləri də bir o qədər insan ürəyini parcalayır. Bunu ən çox uşaqlıq, gənclik, həyat xatirələrini xarabalığa çevrilmiş yurd yerlərimizdə dəfn edərək köçkün düşən soydaşlarımız daha güclü hiss edərlər.
Şükürlər olsun ki, artıq üç ildir Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və Şanlı Ordusunun parlaq qələbəsi soydaşlarımızı öz yurd-yuvalarına qovuşdurdu. Artıq təxminən otuz il əvvəl çox acınacaqlı halda el-obalarından quru canlarını götürüb qaçan qardas-bacılarımız yemidən köç edirlər, amma bu dəfə öz ocaqlarına.
Ölkə başçımızın məqsədyönlü qərarları ilə işğaldan azad olunmuş ərazilərimizdə həyat yenidən bərpa olunur. Bu yolda türk dünyasının bir sıra ölkələri, xüsusilə qardaş Türkiyə Respublikası və onun lideri hər mənada xalqımızın yanında olmuş, Azərbaycanı ən çox dəstəkləyən ölkə olmuşdur.
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.” Qardaşlıq münasibətlərini hər zaman önə çəkən Türkiyə Cümhuriyyəti Lideri bununla bütün dünyaya birlik mesajı verməklə bərabər, həm də soydaşlarımıza, gənc nəsilə, gələcəyimiz olan övladlarımıza daha yaxşı gələcək vəd edən ümidlər aşılamaqdadır.
Azərbaycan xalqının lideri Cənab İlham Əliyev də qeyd etmişdir ki: “Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik.”
İşğaldan azad edilmş ərazilərdə bu gün infrastrukturun müəyyən mənada bərpa edilməsi, yeni yaşayış məntəqələrinin salınması Böyük Qayıdışın reallaşmasına zəmin yaradır. Bu gun Qarabağ zonasının əhalisi böyük məhəbbtlə qayıdışa qoşulur, doğma yurdlarına geri dönmək üçün səylər göstərir, hələlik gedə bilməyən vətəndaşlarımız isə böyük həvəslə öz ocaqlarına qayıdacaqları günün həsrətindədirlər.
Hüsniyyəxanım Fərzəliyeva
Bakı Slavyan Universiteti