Bu gün yaşından, cəmiyyətdəki statusundan, peşəsindən aslı olmayaraq hər bir Azərbaycan vətəndaşı İlham Əliyevin yenidən ölkəmizin Prezidenti seçilməsini arzulayır.
Bu sözləri açıqlamasında Türkiyə Respublikası Təhsil Nazirliyini nəzdnində olan “FONO Açıköğretim Kurumu – Azerbaycan Temsilciliği”nin İcraçı direktoru Nəzərbəy Hacıağayev deyib.
Ümmillilider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdə dağılmaqda olan Azərbaycanı məhv olmaqdan xilas etdi. Heydər Əliyev hakimiyyətə gələnə qədər insanlarda bir ümidsizlik mövcud idi. Vətəndaşlarımızın vəziyyəti o qədər acınacaqlı idi ki, gündəlik tələbat mallarını əldə edə bilməyən insanlarımız mövcud idi . Çox çətin şəraitdə işləyərək bir qədər evinə ərzaq almaq istəyən şəxslər isə böyük növbələrdə dayanmaq məcburiyyətində olurdu. İqtisadiyyatın bərbad olması ölkədə vəziyyətin qeyri-sabit olması ilə əlaqəli idi. Ulu öndər hakimiyyətə gəldikdən sonra xalqda ümid yarandı. Ölkəmizdə sabitlik, əmin-amanlıq bərpa olundu. Bu da iqtisadiyyatımızın dirçəlməsinə səbəb oldu.
Ulu öndərdən sonra onun daxili və xarici siyasi kursunu cənab Prezident İlham Əliyev uğrula davam etdirdi. İlham Əliyev siyasətinin əsasında Azərbaycan insanı dayanırdı. İlham Əliyev hər zaman çıxışlarında deyirdi ki, biz maddi nemətlər kapitalını insan kapitalına çevirlməliyik. Məhs bu təfəkkürlə, xalqımızın rifahı üçün aparılan iqtisadi-siyasət xalqımızın firavan yaşamağına səbəb oldu. Cənab Prezidentin rəhbərliyi dönəmi xalqımızın daha yaxşı yaşaması üçün sosial-iqtisadi islahatlarla yadda qaldı.
Möhtərəm Prezident ölkəyə rəhbərlik etdiyi dönəmdən xalqına verdiyi bütün sözləri tutan bir rəhbər kimi yadda qaldı. Onun Ali Baş Komandanı olduğu ordu əvvəlcə 2016-cı il aprel döyüşlərində düşmənə gücünü göstərdi. Daha sonra ordumuz İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə düşmənə diz çökdürdü və torpaqlarımızı işğaldan azad etdi. Xalqmızın vətən həsrəti, vətən nisgili sona çatdı. Ancaq düşmən Kapitulasiya aktına imza atsa da öz məkirli niyyətindən əl çəkmirdi. Onlar öz başlarında Dəmir Yumruğu bir daha görmək istəyirdi. 19 Sentyabrda düşmənə qarşı aparılan antiterror əməliyyatlarında düşməm 23 saata təslim bayrağını qaldırdı. Noyabrın 8-də Zəfər Paradının qədim şəhərimiz Xankəndində keçirilməsi isə düşmənə verilən bir göz dağı idi.
Bütün bu qələbələri qazanmaq üçün güclü ordu, iqtisadiyyatla yanaşı çox güclü xarici siyasətin aparılması da zəruri idi. İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində müttəfiqlərimizin və dostlarımızın sayı günü-gündən artı. Azərbaycan Qoşulmama Hərəkatının sədri seçildi. Bu təşkilatda olan ölkələr qeyd-sərtsiz daim ölkəmizi dəstəklədi. Xüsusilə də pandemiya dönüməndə Azərbaycanın irəli sürdüyü tesislər dünya dövlətləri tərəfindən məmnunluqla qarşılandı. İlham Əliyev öz ədalətini bütün dünyadan əsirgəmədi. O vakisnlərin paylanılması zamanı Afrikanın kasıb ölkələri ilə Qərb ölkələri arasında fərqin olmasına etirazını daim sərt şəkildə bildirirdi. İsrail və Paksitanla iki tərəfli əlaqələr daha çox inkişaf etdi. Şimal qonşumuz Rusiyanın Azərbaycana qarşı mövqeyi əvvəlkindən daha fərqli oldu. Rusiya Azərbaycana öz müttəfiqi Ermənistandan daha çox etimad göstərdi. Avropa öz enerji təhlükəsizliyi üçün Azərbaycanı əvəzolunmaz və etirbarlı dövlət statusunda görməyə başladı. Fransanın imperyalizimdən bezən Afrika dövlətləri dərlərini Bakıyan danışdı. Bütün bu etimad mühitinin formalaşması isə İlham Əliyein apardığı uğurlu və güclü xarici siyasətin göstəricisididir. Bundan əlavə təbii müttəfiqimiz olan qardaş Türkiyə ilə əlaqələr özünün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır. II Qarabağ Müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olması Ermənistanın havadarlarının gözünə bir qorxu saldı. 15 İyun 2021-ci ildə isə qardaş ölkə ilə Şuşa Bəyannaməsi imzalandı. Düzdür, Türkiyə Azərbaycanın təbii müttəfiqidir, ölkələrimiz arasında “bir millət iki dövlət” deyimi var. Ancaq bu qədər yaxınlaşmanı həyata keçirmək üçün, bundan ölkəmizin xeyr görməsini təmin etmək üçün , düşmənlərimizə göz dağı vermək üçün güclü xarici siyasət aparmaq bacarığına malik olmaq lazım idi . Bütün bu xüsusiyyətlər ölkəmizdə sadəcə cənab Prezident İlham Əliyevdə mövcuddur.
Bundan sonrada biz xalqımızın leyhinə olaraq aparılan güclü xarici və daxili siyasəti müşahidə etmək istəyiriksə 7 Fevral günü yalnız Cənab Prezident İlham Əliyevə səs verməliyik.