
Qərbi Azərbaycan İcmasının Qafan Rayon Gənclər Şurası və Səməd Vurğunun ev-muzeyinin birgə təşkilatçılığı ilə “Davamlı inkişaf konsepsiyası çərçivəsində insan hüquqlarının müdafiəsi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
İctimai.az-a verilən məlumata görə konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Qafan Rayon Gənclər Şurasının sədri Murad Həsənxanlı davamlı inkişaf konsepsiyasının əhəmiyyəti, ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barəsində geniş məruzə ilə çıxış etmişdir. Həmçinin çıxış edən Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov, YAP Səbail Rayon Təşkilatının fəalı İxtiyar Mahmudzadə, Üzeyir Hacıbəyli ev-muzeyinin elmi işçisi Xanım Həsənxanova mövzu üzrə öz təkliflərini irəli sürmüşdürlər.
Daha sonra konfrans panellər üzrə davam etmiş, məruzəçilər Ayşə Abbaslı, Aytən Məmmədova, Aygün Şükürova, Əfsanə İbrahimova, Süsən Qəhrəmanova, Müjgan Salmanova, Türkan İsmayılzadə, Ofelya Musazadə və Namiq Muradov müxtəlif mövzular üzrə məqalələrini diqqətə çatdırmışdırlar.
Konfransın sonunda iştirakçılara sertfikatlar təqdim olunmuş, xatirə fotosu çəkilmişdir.









