Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Proqressiv Gənclik – Sahibkarlığa uğurla addımla!” layihəsi öz icrasına başlayıb.
Layihə rəhbəri Qərənfil Rəhmanova Süleymanovadır.
Layihənin əsas məqsədi dövlətin gənc sahibkarlığının inkişafı üçün gördüyü işlərə töhfə vermək, həmçinin ölkə iqtisadiyyatının tərəqqisi və rifahına dəstək olmaqdır. Bu məqsədlə layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində Qarabağ ərazisindən olan gənclərin iştirakı ilə sahibkarlıq təlimlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Təlimləri uğurla başa vurub sertifikatla təmin olunan gənclərin daha çox bilik və bacarıq əldə etməsi, suallarının cavablandırılması və təcrübə qazanması üçün layihənin sonunda nüfuzlu sahibkarlar və ekspertlərin də iştirakı ilə Forum keçirilməsi qarşıya hədəf kimi qoyulmuşdur.
Layihənin bu ilin sentyabr ayında yekunlaşdırılması planlaşdırılır.