İş adamı Elşən Gəncəvi mükafata layiq görülüb.
Cari.az xəbər verir ki, Elşən Gəncəvi “Avand Production” şirkətinin təşkilatçılığı ilə “CASPIAN AWARDS 2024” layihəsində “İş Adamı” nominantına layiq görülüb.
Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.
Elşən Gəncəvi “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Ganjavi Media”nın və “Siyasi.az” xəbər portalının baş redaktoru, Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Public” və “Gəncəvi” jurnallarının təsisçisi, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində İctimai və sosial şuranın rəhbəri kimi fəaliyyətlər göstərib.
Elşən Gəncəvi “Oxu-magiya” kitabının müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.
Elşən Gəncəvi Gəncə şəhəri, K.D.Uşiniski adına 29 nömrəli tam orta məktəbin məzunu olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.
Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 sentyabr 2024-ci il tarixində keçirilən 7-ci çağırış Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsində namizəd olub.
Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.
Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.
Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.
Tükiyənin İstanbul şəhərində “Altın Melek Ödülleri 2021” layihəsində “YILIN EN BAŞARILI İŞ ADAMI” və “Turkey Exclusive Awards 2022” layihəsində “AZERBAYCANIN BAŞARILI İŞ ADAMI” beynəlxalq nominasiyalar üzrə mükafatlandırılıb.