Gənc Mühasiblər İctimai Birliyinin “Peşəkar mühasibliyə doğru” layihəsinin icrasına başlanıldı.
Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Belə ki, Layihənin məqsədi mühasibatlıq ixtisası üzrə təhsil almış sonuncu kurs tələbələrini potensial kadr kimi yetişdirmək və onların məşğulluğunun təmin olunmasına dəstək göstərməkdən ibarətdir. Bu məqsədlə Lənkəran və Gəncə şəhərlərində təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihə nəticəsində 2 şəhərdən olan 40 nəfər potensial kadr kimi – gələcəyin savadlı və bacarıqlı mühasibləri yetişdiriləcək, layihə iştirakçıları təlimlərin sonunda işlə təmin olunacaq, Lənkəran şəhərində keçiriləcək Karyera Forumu vasitəsilə layihə iştirakçıları əmək bazarının reallıqları, tendensiyalarla tanış olacaq və yeni əməkdaşlıqlar qurulacaq. KİV vasitəsilə layihə barədə ictimaiyyətə məlumat çatdırılacaq.
Layihə 15 sentyabr 2024-ci il tarixindən 15 dekabr 2024-cü il tarixinə qədər müddəti əhatə edir.