20 oktyabr 2024-cü il tarixində Bakı Mexanika va Elektronika MMC (BME—Schindler Azərbaycan) şirkətinin təşəbbüsü və “Eko Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərinin Bilgəh qəsəbəsində yerləşən sahilyanı ərazidə təmizlik aksiyası keçirilmişdir.
Aksiya ətraf mühitin çirklənməsini azaltmaq, təbii yaşayış mühitini qorumaq və sosial maarifləndirməni artırmaq məqsədilə təşkil olunub. Həmçinin dəniz sahillərində tullantıların ətraf mühitə vurduğu zərərin qarşısının alınması, ekosistemin tarazlığının qorunması və gələcəkdə bu kimi ekoloji problemlərin qarşısının alınması məqsədi daşıyıb.
Qeyd edək ki, aksiyada tərəfdaşların əməkdaşları ilə birlikdə 1 tondan çox tullantı təmizlənmişdir.