Noyabrın 22-də “Bakı Fairmont Hotel”də Klinik psixoloq- konsultant, hipnoterapevt, Bakı Dövlət Universiteti Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, Beynalxalq Hipnoz Cəmiyyətinin üzvü (Fransa-Paris) Kamilə Kazımova və Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisasının məzunu, psixoloq Fatimə Cəfərovanın təqdimatında “Fobiyaların yaranma səbəbləri və aradan qaldırılması” adlı nəzəri-praktik təlim keçirilib.
Tədbiri açılış nitqi ilə Bakı Dövlət Universietinin Psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Səxavət Əliyeva açıq elan edib. O, psixologiya elmi və fobiyalarla bağlı məsələlərə diqqət çəkərək bu tip tədbirlərin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar – Sevinc Hüseynova, Pərvanə Vəliyeva, Asif Əsgərov və Ülvi Quliyev çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüb. Çıxışçılar tədbirin mahiyyətinə toxunaraq yüksək qiymətləndiriblər.
Daha sonra təlim interaktiv şəkildə davam edib.











