Gənc Mühasiblər İctimai Birliyi tərəfindən “Məsafədən iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması” layihəsinin icrasına davam edir.
Belə ki, layihə çərçivəsində müvafiq nümayindələrin iştirakı ilə bu məsələnin ilkin olaraq müzakirəsi və daha dərindən tədqiqi üçün Bakı şəhərində fokus qrup keçirilmişdir. Bunun əsasında təkliflərin müvafiq qurumlara çatdırılması üçün dəyirmi masanın qurulması nəzərdə tutulmuşdur. Fokus qrup vasitəsilə aidiyyatı şəxslərin mövcud vəziyyətə baxışları, problemlərə, onların həlli yollarına münasibəti, fikirləri, həmçinin təklifləri öyrənilmişdir.
Müasir dövrdə həm işəgötürənlərin, həm də işçilərin tələb və ehtiyacları dəyişmişdir. Bu tələblərə uyğun olaraq əmək qanunvericiliyində dəyişikliklər olmalı, yeni iş modelləri inkişaf etdirilməlidir. Müvafiq olaraq bu yeni yanaşmaların Əmək Məcəlləsinə, məşğulluq siyasətinə əlavə edilməsi lazımdır. Həmçinin, Əmək Məcəlləsinə distant iş anlayışının tətbiqi ilə bağlı müddəalar əlavə edilməlidir. Bu müddəalarda distant işin nəyi nəzərdə tutduğu, əmək funksiyaları, evdən əmək vəzifələrini yerinə yetirən işçinin kim olduğu dəqiq göstərilməlidir. Bunun əsas məqsədi ümumilikdə işləyən qadınlara, xüsusən isə uşaqlarını təkbaşına böyüdən qadınlara dəstək göstərməkdir. Fokus qrupun yekununda iştirakçılar problemləri, tövsiyələri qeyd edərək, keçiriləcək dəyirmi masada səsləndirilməsi üçün işçi heyətin bu istiqamətdə proqram tərtib etməsini xahiş etmişdir.
Related Stories
22/11/2024