Prezident İlham Əliyev: “İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir”
Hazırda Azərbaycan dövləti üçün ən mühüm məsələlərdən biri də iqtisadiyyatın inkişaf etdirilməsi və şaxələndirilməsidir. Sentyabrın 26-da Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə həsr olunmuş müşavirənin keçirilməsi Azərbaycan dövləti tərəfindən iqtisadi inkişafın diqqət saxlanılmasının bir göstəricisidir. Müşavirdə gələcək iqtisadi inkişafla bağlı müzakirələr olub. Prezident İlham Əliyevin müavirədəki çıxışından da göründü ki, iqtisadiyyatın şaxələndirilməsi davam etdiriləcək: “İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir”. Əlbəttə ki, bunun üçün də lazımi bütün adamlar atılır. Azərbaycan dövlətinin iqtisadi inkişafında neft hasilatı çox mühüm əhəmiyyət kəsib edir. Azərbaycan dövləti neft hasilatının yüksəldilməsi məsələsini daima diqqətdə saxlayır. Bütün hallarda dövlətimizin başçısının da qeyd etdiyi kimi, neft hasilatnın azalmasına imkan verilməməlidir. Prezident çıxışında neft hasilatının sabitliyinin təmin edilməsinə və bu zamanı buraxılan nöqsanlara toxunub, aidiyyətli şirkətlərlə bu istiqamətdə danışıqların aparıldığını qeyd edib. Cənab Prezident bundan sonra artıq belə nöqsanların olmayacağını xüsusilə vurğulayıb: “Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək”. Azərbaycan dövləti neftdən gələn gəlirləri artıq digər sahələrə yönləndirilir. Bunda da məqsəd neftdən gələn gəlirlərin sayəsində digər sahələrin, qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bununla artıq qeyri-neft sahələri inkişaf etdikcə, artıq Azərbaycanda iqtisadiyyatın şaxələnməsinə müsbət təsrini göstərəcək. Ümumiyyətlə, dövlətin iqtisadi inkişafı tempi yükəsləcək.
Azərbaycan dövləti tərəfindən iqtisadi inkişafa nail olmaq üçün islahatlar aparılıb, həmçinin uzunmüddətli iqtisadi strateji fəaliyyət planı icra edilib. Bu gün də Azərbaycan dövləti onun müsbət nəticələrini görür. Xüsusən 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq, abadlıq işləri, hərbi sənayenin gücləndirilməsi və s. xərclər artıb. Amma buna baxmayaraq, yenə də ölkə öz iqtisadi dayanıqlığını saxlayır. Eyni zamanda ölkədə həssas təbəqədən olan insanların pensiyalarının artırılması məsələsi diqqətə saxlanılır. Demək olar ki, hər il pensiya və əməkhaqqıları artırılır. Bu xoş xəbəri cənab Prezident iqtisadi müşavirədə verib: “Gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq. Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik”.
Mühüm məsələlərdən biri də ölkəyə xarici investorların cəlb olunmasıdır. Artıq Azərbaycan sabitlik ölkəsi kimi bütün dünyada tanınır. Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda münaqişəyə son qoyulub və təhlükəsizlik təmin edilib. Bundan sonra Azərbaycana xarici investorların marağı artıb. Ümumiyyətlə, Azərbaycanın iqtisadi strategiyasında xarici investorların cəlb olunması xüsusilə mühüm bir fəaliyyət planıdır. Prezident İlham Əliyev deyib ki, xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir: “Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük”. Artıq biz xarici investorların, hətta işgaldan azad olunan torpalqarda sərmayə qoymalarını müşahidə edirik. Xüsusən, yaşıl enerji ilə bağlı xarici investorlar bu ərazilərə çox böyük sərmayələr yatırırlar. Bu da cənab Prezidentin düşünülmüş siyasətinin nəticəsidir. Artıq xarici investorlarda Azərbaycana inam və etibar var.
Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent