Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır. İctimai.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
“Bu platforma dünyanın ən nüfuzlu təhlükəsizlik forumlarından biridir və burada əsasən qlobal güclər, NATO ölkələri, aparıcı siyasətçilər və ekspertlər toplaşır. Azərbaycanın bu səviyyədə aktiv şəkildə təmsil olunması onu göstərir ki, ölkəmiz artıq regionun yox, Avrasiya məkanının təhlükəsizlik arxitekturasında mühüm aktor kimi qəbul edilir. Prezident İlham Əliyevin çıxışları zamanı Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, xüsusilə Orta Dəhliz layihəsi və regional sabitlikdə oynadığı rol ön plana çəkilmişdir. Bu isə Azərbaycanın Avropa üçün strateji tərəfdaş statusunun möhkəmləndiyini göstərir” – deyə deputat qeyd edib.