Xəbər verdiyimiz kimi, bir müddət öncə redaksiyamıza Masallıda qardaşları tərəfindən vəfat edən digər qardaşının fermer təsərrüfatının qanunsuz zəbt edildiyini iddia edən Bayramova Naiybə Heybət qızı bu dəfə də həmin məsələ ilə bağlı sensasion fikirlərlə çıxış edib.
Bu barədə şikayətçi Bayramova Naibə Heybət qızı “Doğru.az“a növbəti şikayət məktubu göndərib.
Həmin şikayətdə qeyd olunur ki, şikayətçinin atası vəfat etdikden sonra vərəsəlik açılıb, işə Masallı Rayon Məhkəməsində baxılıb.
Lakin şikayətçi bildirib ki, qardaşı Şükürov Qulam və onun qardaşı oğlu Şükürov Loğmanın qeyri-qanuni hərəkətlərinə görə məsələyə hüquqi qiymət verilməyib.
Şikayətçi şəxs əlavə edib ki, Şükürov Qulam və Şükürov Loğman indiyədək yüksək vəzifələrdə çalışmayıblar, onların gəlirli biznesləri də olmayıb.
“Çox maraqlı məsələdir. Şükürov Qulam və Şükürov Loğmandan soruşan yoxdur ki, siz həyatınız boyunca harada işləyib bu qədər əmlaklar almısınız, bunları necə əldə etmisiniz? Hec bir əmlakdan xəbərləri yoxdur, dövlətə vergi ödəməyiblər. Ancaq bu şəxslər yenə də təkidlə bütün mal-mülkün onların olduğunu bildirərək mənimsəyiblər”.
Şikayətçi iddia edib ki, uzun illər Rusiya Federasiyasında bizneslə məşğul olan qardaşı Şükürov Ziyanın Masallı rayonu, Yeddioymaq kəndində yerləşən 25 sot həyətyanı torpaq sahəsi də Şükürov Vüqar və oğlu Şükürov Loğman tərəfindən zəbt edilərək ələ keçirilib.
“Uzun illər boyunca ailəmizə məxsus olan, Masallı rayonunda yerləşən inşaat materialları bazarındakı taxta biznesimiz də orada işləyən digər şəriki Seyfulla və Şükürov Vüqar, eyni zamanda onun oğlu Şükürov Loğman tərəfindən qanunsuz mənimsənilərək talan edilib”, – deyə xanım şikayətçi fəryad edib.
Şikayətçi vurğulayıb ki, əllərində kifayət qədər danışıqlar və sübutlar da var.
“Dəfələrlə adıçəkilən şəxslərlə danışmağımıza baxmayaraq, bir sözlə deyirlər ki, gedin hara istəyirsinizsə, şikayət edin, heç kim bizə heç nə edə bilməz”, – deyə xanım bildirib.
Şikayətçinin iddiasına əsasən, materialda adıçəkilməyən xanım şikayətçinin qardaşı oğlu Şərif Şükürova bir neçə dəfə zəng edərək onu narahat edib, daha sonra Masallıda onun yolunu kəsərək şantaj edib və vurğulayıb ki, Şükürov Loğmanla onun problemi varsa, özü ilə danışsın.
“Loğmanın mənə aldığı ev və avtomobil onun hədiyyəsidir. Bu məsələyə heç kəs qarışa bilməz” – deyə xanım bildirib.
Şikayətçi əlavə edib ki, qardaşı Şükürov Ziyanın Bakıda Badamdar qəsəbəsində yerləşən həyət evini Şükürov Loğman və atası Şükürov Vüqar qardaşının yoldaşını və üç körpə uşağını evdən qovaraq mənimsəyib və sonra satıb. Daha sonra Masallı rayonunda “Range Rover” markalı avtomobil və sənaye məhəlləsində yerləşən həyət evi alıb.
Xanım şikayətçi söyləyib ki, Şükürov Qulam və Şükürov İbrahimin fermer təsərrüfatının zəbt olunması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdikdən bir neçə gün sonra Şükürov İbrahim Şükürov Qulamı şikayətçinin qardaşının yaşadığı evə göndərərək onu ölümlə hədələyib və nalayiq ifadələr işlədərək gedib.
Müraciət edən şəxs əlavə edib ki, Şükürov Qulam şikayətçinin vəfat edən qardaşı Şükürov Siyəvuşa məxsus olan Toyota Land Cruiser markalı avtomobili qeyri-rəsmi yollarla mənimsəyərək satıb.
Şikayətçi daha bir iddia səsləndirib ki, Masallı rayonunda hegemonluq edən Şükürov Loğman heç bir sənədi olmadan şikayətçinin vəfat edən atası Heybət Şükürovun avtomobilini şikayətçinin qardaşı Telman və şikayətçinin üzərinə sürərək öldürməsi ilə hədələyib.
“Biz də hüquq-mühafizə orqanlarına şikayət etdik, lakin şikayət etməyimizə baxmayaraq, Şükürov Loğman heç bir məsuliyyətə cəlb edilməyib.
Şikayətçi xanım iddia edib ki, Loğmanın qeyri-qanuni hərəkətlərini əks etdirən video görüntülər də var.
“Çox maraqlıdır, Şükürov Loğmanın etdiyi qeyri-qanuni əməllərinə kim himayədarlıq edir və bu şəxslər qanunları necə heçə saya bilərlər?” – deyə zərərçəkdiyini bildirən xanım bu fikirləri dilə gətirib.
Redaksiyaya müraciət edən xanım şəxs deyib ki, Şükürov Qulam yaxın qohum Şükürov İbrahimlə birlikdə Masallının Təzəkənd kəndində yerləşən fermer təsərrüfatını zəbt etdikdən sonra Şükürov Loğmanın vasitəsi ilə qeyri-qanuni yollarla saxta sənədlər hazırladaraq təsərrüfatı leqallaşdırmaq istəyiblər.
Şikayətçi xanım sonda hüquq-mühafizə orqanlarından onun şikayətinin nəzarətə götürülməsini və aidiyyəti üzrə məsələnin araşdırılaraq həll edilməsini xahiş edib.
Materialda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!